"Qəbələ"yə 4 qol vuran futbolçunun qiyməti 60 milyona qalxdı

"Qəbələ"yə 4 qol vuran futbolçunun qiyməti 60 milyona qalxdı

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Pyer-Emerik Obameyanqın qiyməti qalxıb. Klub rəhbərliyi qabonlu hücumçuya 60 milyon avro qiymət qoyub. 

Meydanda özünü yaxşı tərəfdən göstərən Obameyanqın qiyməti hər il artır. "Borussiya" ilə müqavilə müddətini 2020-ci ilə qədər artıran 26 yaşlı hücumçu bu mövsüm ölkə çempionatında 15, kubok oyununda 1, Avropa Liqasında isə 7 qol vurub. 2008-ci ildə transfer qiyməti 500 min avro olan futbolçu 5 il sonra "Borussiya"ya 15 milyon avroya transfer olunub.

Qeyd edək ki, "Qəbələ"nin "Borussiya" ilə keçirdiyi hər iki oyunda Pyer-Emerik Obameyanq fərqlənməyə nail olub. O, Bakıda 3, doğma meydanda isə 1 dəfə "qırmızı-qaralar"ın qapısına yol tapıb.("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər