"Qəbələ"nin üzvündən Ermənistanda oynayan serbə CAVAB

"Qəbələ"nin üzvündən Ermənistanda oynayan serbə CAVAB
Ermənistanda top qovan serb futbolçunun həyasızlığı haqda xəbər vermişdik. Bir daha xatırladaq ki, "Şirak" - "Banants" görüşünün 44-cü dəqiqəsində meydan sahiblərinin legioneri Nemanya Stoskoviç ikinci topu rəqib qapısında keçirəndən sonra futbolkasını qaldırmış və yaxasında yazılan "Karabagh iz Armenia" (Qarabağ Ermənistanındı) yazısını nümayiş etdirmişdi.
 
Fanat.az xəbər verir ki, məsələyə "Qəbələ"nin serbiyalı futbolçusu Voislav Stankoviç münasibət bildirib. "Futbol plus" qəzetinə açıqlama verən futbolçu  həmyerlisininhərəkətini tənqid edib: 
"Düzü, xəbəri sizdən eşidirəm. Belə bir hadisə baş veribsə, mən bunu pisləyirəm. Əlində fakt olmadan, heç nə bilmədən bu cür iddiada bulunmaq ağılsızlıqdı. Bilmirəm, bəlkə Stoskoviçi kimsə buna məcbur edib, kiminsə tapşırığı olub. Amma yenə də belə hərəkət düzgün deyil. Futbolçu ilk növbədə xalqa, gənc nəslə nümunə olmalıdı. Nemanyanı tanımıram, nə özünü görmüşəm, nə də qiyabi tanışlığım var. Ancaq yenə də buna qarşıyam. Onun etdiyinə eyni üsulla cavab verə bilərəmmi? Klub rəhbərliyi razılıq versə, baş məşqçi məqsədəuyğun saysa, niyə etmirəm ki?! Fikrimcə, siyasəti futbola qatmaq olmaz. Hətta qatırsansa belə, diqqətli olmalı, hərəkətinin kənardan necə görünəcəyini düşünməlisən. Xüsusilə sən legionersənsə".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər