"Qəbələ"nin sabiq futbolçusu Adrian Ropotanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, rumın futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, 28 yaşlı yarımmüafiəçi "Panduri" ilə anlaşıb. Tərəflər bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm "Qəbələ"də çıxış edən 19 oyun keçirib. O, cari mövsümün əvvəlində "Petrolul"da forma geyinib.
Fanat.az