2013/14 mövsümünün II yarısında "Qəbələ"də çıxış etmiş Rusiya millisinin sabiq yarımmüdafiəçisi Marat İsmayılov Qazaxıstanda karyerasını davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu haqda onun portuqaliyalı meneceri Paulu Barboza müsahibəsində danışıb:
"Hələ ki danışıqlar gedir. Yaxın vaxtlarda bu məsələ ilə bağlı xəbərlər olacaq. Ümid edirəm ki, biz razılığa gələcəyik. Qazaxıstandan kluba keçə bilər? İnkar etmirəm ki, ordan təklif var, ancaq hələ ki razılıq yoxdur".
Qeyd edək ki, 33 yaşlı futbolçu Portuqaliyanın "Portu" klubundan "Qəbələ"yə icarə əsasında keçmişdi. O daha sonra "Krasnodar" klubunda icarə formasında çıxış etmişdi. Moskva "Lokomotiv"inin və Lissabon "Sportinq"inin sabiq futbolçusunun "Portu" ilə müqaviləsi başa çatıb və hazırda klubsuz qalıb.(Qaynar.info)
Fanat.az