"Qəbələ"nin rəqibləri kubokda sevindi - VİDEO

"Qəbələ"nin rəqibləri kubokda sevindi - VİDEO
Almaniya Kubokunda növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya" ötən gün "Paderborn"u qəbul edib.
Oyun meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dortmund təmsilçisinin heyətində Qonzalo Kastro  dubl edib, Adrian Ramos, Şinji Kaqava, İlkay Gündoğan, Lukaş Pişçek və Henriх Mхıtaryan hərəyə bir dəfə fərqlənib.
"Qəbələ"nin digər rəqibi PAOK isə Yunanıstan Kubokunun qrup mərhələsində "Pantrakikos"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Qollara Dimitrios Pelkas və Robert Mak imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər