"Qəbələ"nin rəqibindən 4 transfer - FOTO

"Qəbələ"nin rəqibindən 4 transfer - FOTO
"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan "Çukariçki" heyətini 4 futbolçu ilə gücləndirib. Fanat.az klubun rəsmi saytına istinadən хəbər verir ki, Serbiya klubu qapıçı Nikola Petriç, müdafiəçi Marko Randeloviç, yarımmüdafiəçilər Saşa Yovanoviç və Branislav Petriçi heyətinə qatıb.
Nikola Petriç "Borats" (Serbiya), Marko Randeloviç "Lokomotiv" (Sofiya, Bolqarıstan), Saşa Yovanoviç "Bejaniy" (Serbiya) və Branislav Petriç "Qrbaly" (Çernoqoriya) klublarından transfer edilib.
Qeyd edək ki, "Çukariçki" "Qəbələ"yə qarşı ilk matçını iyulun 16-da doğma azarkeşləri önündə keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. Cavab oyunu isə bir həftə sonra Qəbələdə baş tutacaq.
"Qəbələ"nin rəqibindən 4 transfer - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər