"Qəbələ"nin rəqibi qələbə qazandı

"Qəbələ"nin rəqibi qələbə qazandı

Almaniyanın "Borussiya" klubu yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Dortmund təmsilçisi səfərdə II Bundesliqa təmsilçisi "Sankt-Pauli" ilə qarşılaşıb.

Oyun dortmundluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 7-ci dəqiqədə Qonsalo Kastro açıb. 18-ci dəqiqədə Adnan Canuzay fərqi daha da artırıb. Aşağı liqa klubu 35-ci dəqiqəqə buraxılan qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, Dortmund "Borussiya"sı Avropa Liqasının qrup mərhələsində "Qəbələ", eləcə də Rusiyanın "Krasnodar" və Yunanıstanın PAOK komandaları ilə bir qrupda yer alır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər