"Qəbələ"nin futbolçusu Dodo hələ sağalmayıb. Fanat.az xəbər verir ki, brazilyalı futbolçu oynamağa hazır deyil.
Bu səbəbdən baş məşqçi Roman Qriqorçuk onu "İnter"ə qarşı oynada bilməyəcək. Əvəzində Estoniya millisinin düşərgəsindən dönən Sergey Zenyov komandaya qoşulub və XXVIII turda meydana çıxa biləcək.
Fanat.az