19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.
Yığmamız bu gündən fevralın 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
Fanat.az xəbər verir ki, “Qəbələ”dən yığmaya çağırılmış Qismət Əliyev zədəli olduğu üçün toplanışda iştirak edə bilməyəcək.
Fanat.az