"Qəbələ"nin futbolçusu Serbiyaya uduzdu

"Qəbələ"nin futbolçusu Serbiyaya uduzdu
Milli komandalar arasında yoxlama oyunları keçirilir. Fanat.az xəbər verir ki, Estoniya yığması bu gün Serbiyanı sınağa çəkib.
Oyun serblərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 81-ci dəqiqədə Aleksandar Kolarov imza atıb.
"Qəbələ"nin futbolçusu Sergey Zenyov matçın iştirakçısı olub. Estoniya yığmasının üzvü start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər