"Qəbələ"nin ev oyunlarını keçirəcəyi stadion məlum oldu

"Qəbələ"nin ev oyunlarını keçirəcəyi stadion məlum oldu
"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, "qırmızı-qaralar" rəqiblərini Qəbələdə deyil, Bakıda "Bakcell Arena"da qəbul edəcək. Stadionun ot örtüyü sentyabrın 3-də Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlanır. "Qəbələ"nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında II təsnifat mərhələsindən etibarən ev oyunlarını Bakının 8-ci km qəsəbəsində yerləşən stadionda keçirib. 2012-ci il sentyabrın 14-də rəsmən açılan arena 11 mindən çox tamaşaçı tutur. Avroliqanın qrup mərhələsində "qırmızı-qaralar"ın rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər