"Qəbələ"nin böyük büdcəsi və çoxlu əcnəbisi var"

"Qəbələ"nin böyük büdcəsi və çoxlu əcnəbisi var"

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Çukariçki"nin baş məşqçisi Vladan Miloyeviç fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, Serbiya klubunun baş məşqçisi bunları deyib: 

"Əminəm ki, "Qəbələ" ciddi komandadı. Çünki bu klub Gürcüstan "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. Azərbaycan klubunun böyük büdcəsi və çoxlu əcnəbi futbolçusu var. Amma biz geri çəkilməyərək sonadək mübarizə aparacağıq. "Qəbələ" ilə oyuna hazırlıq üçün hələ vaxtımız var". 

Qeyd edək ki, "Qəbələ" və "Çukariçki" arasında ilk görüş iyulun 16-da Belqradda, cavab matçı isə iyulun 23-də Qəbələdə olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər