"Qəbələ"nin baxışa çağırdığı futbolçu öldü

"Qəbələ"nin baxışa çağırdığı futbolçu öldü
Çinin “Çindao Hayno” klubunun serbiyalı yarımmüdafiəçisi Qoran Qoqiç dünyasını dəyişib. Fanat.az xəbər verir ki, futbolçu məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.
 
29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 2014-cü ildə “Srvena Zvezda”nın heyətində Serbiya çempionu olub və ötən mövsümdən Çin klubunda çıxış edirdi.
 
Qeyd edək ki, yarımmüdafiəçi 2013-cü ildə “Qəbələ”də baxışda olsa da, bəyənilməyərək, geri göndərilmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər