"Qəbələ"ni uda bilməyən baş məşqçi qovuldu

"Qəbələ"ni uda bilməyən baş məşqçi qovuldu

Yunanıstanın PAOK klubu baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, Super Liqa təmsilçisi İqor Tudorla yollarını ayırıb.

Buna səbəb uğursuz nəticələr və onun komandanın ünvanına alçaldıcı fikirlər səsləndirməsi olub. Bu səbəbdən xorvat mütəxəssislə yollar ayırılıb. Artıq PAOK-un yeni baş məşqçisi də bəllidi. Komandanı bundan sonra Vladan İviç çalışdıracaq.

Qeyd edək ki, PAOK Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olub. Hər iki oyun 0:0 hesabı ilə yekunlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər