"Qəbələ"dən rəsmi açıqlama: "Heç kimlə müqavilə bağlamamışıq"

"Qəbələ"dən rəsmi açıqlama: "Heç kimlə müqavilə bağlamamışıq"

"Qəbələ"nin "Sumqayıt"dan ayrılan Andrey Popoviç, eləcə də "Simurq"la yollanı ayıracaq Samir Zərgərovla müqavilə bağlaması xəbərləri yayılıb.

Sport7.az xəbər verir ki, bu xəbərlər özünü doğrultmayıb. Belə ki, "Qəbələ"nin meneceri Zaur Əzizov açıqlamasında bu məsələyə belə münasibət göstərib: 

"Bizim Popoviç və Zərgərovla müqavilə bağladığımız, eləcə də Rəşad Eyyubovla danışıqlar apardığımız deyilir. Amma bu xəbərlər həqiqəti əks etdirmir. Bəli, etiraf edirik ki, Samir bizim sabiq oyunçumuz olduğu üçün onu heyətimizdə görmək istəyirik. "Simurq"la müqaviləsi yayda bitəcəyi üçün onunla ilkin danışıqlar olub və şifahi razılıq əldə edilib. Ancaq hələ ki çempionat bitməmiş hər hansısa rəsmi transferdən söz gedə bilməz".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər