Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Çoxları "Simurq" - "Qəbələ" cütlüyündən yarımfinalçının kimliyinə şübhə etmir.
İlk oyunda səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən "Simurq"un evdə bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Amma "Qəbələ" rəhbərliyi hələ də uğurlu nəticəyə ümid edir.
Rekord.az-a daxil olan məlumata görə, hətta bu oyuna yaxşı mükafat da qoyulub. Belə ki, "Qəbələ" "Simurq"a səfərdə qalib gələrək yarımfinala vəsiqə qazana bilsə, o zaman hər futbolçuya 8-10 min manat aralığında mükafat veriləcək.
Fanat.az