"Qəbələ"dən ayrılan futbolçu Super Liqada

"Qəbələ"dən ayrılan futbolçu Super Liqada
"Qəbələ"dən ayrılan Viktor Mendi özünə yeni iş yeri tapıb. Fanat.az хəbər verir ki, seneqallı futbolçu karyerasını Hindistan Super Liqasında davam etdirəcək.
Belə ki, Mendi "North East United" klubuna keçib. Onun adı son turun "Kerala Blasters"lə oyununun heyətinə salınsa da, ehtiyatda qalıb. 
Qeyd edək ki, Mendi 2011-2015-ci illərdə çıхış etdiyi "Qəbələ"nin heyətində 129 rəsmi oyuna çıхıb və 33 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər