"Qəbələ"də yeni qapıçı

"Qəbələ"də yeni qapıçı

Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” dünən Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib. 

Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Komandamızın baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. 

Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.

Qeyd edək ki, "Qəbələ" növbəti oyununu martın 30-da keçirəcək. Topaz Premyer Liqasının XXVII turunun qarşılaşmasında "qırmızı-qaralar" AZAL-ın qonağı olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər