"Qəbələ"də Rikardinyo şoku

"Qəbələ"də Rikardinyo şoku

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində evdə "Apollon"u qəbul edəcək "Qəbələ"in heyətində ciddi itki yaranıb. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar"ın müdafiçisi Rikardinyo sıradan çıxıb.

Braziliyalı "Apollon"la səfər matçında zədələnib. Artıq onun cavab oyununda iştirak etməyəcəyi dəqiqləşib. Bunu saytımıza müsahibəsi zamanı klubun baş məşqçisi Roman Qriqorçuk da təsdiqləyib.

Qeyd edək ki, Rikardinyodan başqa George Floreskunun da zədəli olduğu üçün ayın 6-da baş tutacaq qarşılaşmanı buraxmalı olacaq. //Sport7.az 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər