"Qəbələ"də istirahət bitir

"Qəbələ"də istirahət bitir

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bu gün bərpa edəcək. Fanat.az xəbər verir ki, yanvarın 25-də ölkəyə qayıtdıqdan sonra ikigünlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 27-də bir araya gələrək ilk məşqinə çıxacaq. 

Topaz Premyer Liqasının XIX turunun “Kəpəz”lə oyununun hazırlığına başlayacaq Roman Qriqorçukun yetirmələri sabah bir məşqlə kifayətlənəcək. Komanda günün ikinci yarısında hazırlıq keçəcək. Məşq prosesi Qəbələdə baş tutacaq. “Qırmızı-qaralar” hazırlığı tam heyətlə gerçəkləşdirəcək.

Qeyd edək ki, yanvarın 30-da baş tutacaq “Kəpəz” - “Qəbələ” oyunu Gəncədə keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər