"Qəbələ"nin əsas komandası kimi, əvəzediciləri də Türkiyədədi. Yanvarın 16-dan etibarən“Papillon Belvil Hotel”də məskunlaşmış Ramin Quliyevin yetirmələri ilk sınağına çıxıb. Fanat.az xəbər verir ki, "Qəbələ" Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) 19 yaşadək komandası (U-19) ilə qarşılaşıb.
“La Atlantis Hotel Gündoğdu”nun meydanında baş tutan qarşılaşmada almanlar yaşca böyük rəqibləri üzərində qələbə qazanıb. 4-cü dəqiqədə Sedrik Hellerin vurduğu qol həlledici olub.
Qeyd edək ki, əvəzedicilər üzrə Azərbaycan çempionatında hazırda lider olan "Qəbələ"nin bu komandasında 1995 və 1996-cı il təvəllüdlü futbolçular da çıxış edir.
Fanat.az