"Qəbələ" və "Qarabağ" üz-üzə

"Qəbələ" və "Qarabağ" üz-üzə

Topaz Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üçgünlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar”ın oktyabrın 8-dəki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub. 

Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. Komanda oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində çıxış edən komandaların Premyer Liqanın ilk turunda baş tutan oyununda qalib müəyyənləşməmişdi - 2:2.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər