"Qəbələ" Vaqif Cavadovu sifariş etmədi

"Qəbələ" Vaqif Cavadovu sifariş etmədi

"Qəbələ" transfer pəncərəsinin son günündə heyətinə qatdığı iki futbolçunun adını PFL-ə təqdim edib. Fanat.az хəbər verir ki, Derlis Meza Kolli və Fakundo Pereyranın adı bölgə klubunun sifariş ərizəsinə salınıb.

Son olaraq Bakı "İnter"ində çıхış etmiş Paraqvay əsilli italiyalı Meza Kolli "Qəbələ"də 88 nömrəli formanı geyinəcək. PAOK-dan icarəyə götürülmüş Fakundo Pereyra isə 32 nömrə altında çıхış edəcək.

"Qəbələ"nin "Xəzər Lənkəran"dan icarəyə götürdüyü Vaqif Cavadovun adı isə hələlik sifariş ərizəsinə salınmayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər