"Qəbələ" "Xəzər Lənkəran" üçün başladı

"Qəbələ" "Xəzər Lənkəran" üçün başladı
Topaz Premyer Liqasının XXIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” qarşılaşmanın hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, XXII turun fevralın 21-də keçirilən “Rəvan”la səfər matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb. 
Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər