Topaz Premyer Liqasının XXIX turunda "Qəbələ" "Simurq"u 1:0 hesabı ilə yenib. Oyundan sonra baş məşqçilər fikirlərini bildirib:
Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Gərgin oyun alındı. Biz qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Rəqib qol vurduqdan sonra açıq futbol sərgilədik. Amma yenə istədiklərimizi həyata keçirə bilmədik”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün əsas vəzifənin öhdəsindən gəldik. Vacib qələbə qazandıq. Əsas rəqiblərimizdən olan “Simurq”la görüşdə çox yaxşı oyun sərgiləməsək də, 3 xal əldə etdik”.
Fanat.az