"Qəbələ" "Qalatasaray"a uduzdu

"Qəbələ" "Qalatasaray"a uduzdu

"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq  “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib. Fanat.az xəbər verir ki, ilk matçda "Berlin Türkiyemspor"la (Almaniya) qarşılaşan "qırmızı-qaralar" meydandan minimal üstünlüklü qələbə ilə ayrılıblar - 1:0. "Qəbələ"nin qoluna Ruslan İsmayılov imza atıb. 

Günün ikinci oyununda "Qəbələ" turnirin iddialı kollektivlərindən olan yerli "Qalatasaray"la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. Təmsilçimiz saat 17.45-də “Seyrantepespor”, 19.15-də “Özərspor” u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda komanda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13.30-da veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər