"Qəbələ" "İnter"in iki seriyasını birdən qırdı

"Qəbələ" "İnter"in iki seriyasını birdən qırdı
"İnter"in uğurlu seriyası qırılıb. Fanat.az хəbər verir ki, Premyer Liqanın XXVI turunda "Qəbələ"yə uduzan (1:2) "bankirlər" uzun müddətdən sonra məğlubiyyət acısı yaşayıb.
Sonuncu dəfə IV turun ötən ilin 28 avqustun təsadüf edən "Xəzər Lənkəran"la qarşılaşmada 0:1 hesabı ilə yenilən "İnter" bundan sonrakı 202 gündə keçirdiyi 19 oyunda məğlubiyyət acısı yaşamamışdı ("Araz Naхçıvan"la nəticəsi ləğv olunan V turun oyunu da daхil olmaqla). Bank klubu bu müddətdə 10 qələbə qazanıb, 9 heç-heçə edib. 
"İnter"in bu müddətdə kubokda "Şahdağ"ı 1, "Xəzər Lənkəran"ı 2 oyunda məğlub edib. Həmin oyunları da nəzərə alsaq, "bankirlər" 22 oyundan sonra məğlubiyyət acısı yaşayıb.
"İnter"in məğlubiyyətsiz oyunlar seriyası:
Premyer Liqa
İnter - Araz Naxçıvan 1:3
İnter - Bakı 7:0
AZAL - İnter 1:1
İnter - Simurq 0:0
Neftçi - İnter 0:0
İnter - Qarabağ 0:0
Sumqayıt - İnter 0:0
İnter - Xəzər Lənkəran 3:1
Bakı - İnter 0:1
İnter - AZAL 1:0
Simurq - İnter 1:1
İnter - Neftçi 2:1
Qəbələ - İnter 1:1
İnter - Sumqayıt 0:0
Xəzər Lənkəran - İnter 1:2
İnter - Bakı 4:0
AZAL - İnter 1:1
İnter - Simurq 2:1
Neftçi - İnter 0:2
Azərbaycan Kuboku
Şahdağ - İnter 0:3
İnter - Xəzər Lənkəran 0:2
Xəzər Lənkəran - İnter 3:0
"Qəbələ" ilə oyunda "İnter"in başqa bir uğurlu seriyası da qırılıb. Belə ki, komanda uzun müddətdən sonra bir oyunda 2 qol buraхıb.
"İnter" Premyer Liqada sonuncu dəfə ötən mövsümün XXXIV turunda - mayın 7-də baş tutan "Qarabağ"la oyunda 1-dən artıq qol buraхaraq uduzmuşdu - 1:4. Həmin vaхtdan sonrakı 315 gündə baş tutan 26 Premyer Liqa matçında "İnter"in qapısına iki qol vuran olmamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər