Bu gün "Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprin "Apollon" klubunu qəbul edəcək. Fanat.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin "Beşiktaş" klubunun "Çarşı" azarkeş qrupu komandamıza dəstək vermək qərarına gəlib.
Məlumata görə, "Çarşı"nın Türkiyədən gəlmiş bir neçə nümayəndəsi ilə Bakıdakı üzvləri bu gün "Bakcell Arena"da olacaq. Onların Cənubi Kipr və "Apollon" əleyhinə şüarlar səsləndirəcəyi deyilir. Bu isə oyunun kifayət qədər gərgin keçməsinə səbəb olacaq. Mümkün təхribatların baş verməsi gözlənilir ki, bu da "Qəbələ"nin UEFA tərəfindən cəzalanmasına səbəb ola bilər.
Fanat.az