Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" (Cənubi Kipr) matçının başlama saatı müəyyənləşib. Fanat.az хəbər verir ki, avqustun 6-da baş tutacaq matç saat 21.00-da başlayacaq.
Oyun "Bakcell Arena"da keçiriləcək. "Çukariçki" ilə oyunda Qəbələ şəhər stadionu cəzalı olduğundan "Qəbələ" bu arenada oynamışdı. Qəbələ stadionu Avropa Liqasında ilk iki oyunu keçirmək üçün standardlara cavab verir. Ona görə də klub rəhbərliyi 3-cü mərhələnin oyununu Bakıya təyin edib.
Qeyd edək ki, "Apollon"la "Qəbələ" arasındakı ilk oyun iyulun 30-da Larnakadakı "Antonis Papadopulos" stadionunda keçiriləcək və Bakı vaхtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az