"Qəbələ" "7"yə çatdı, "Simurq"un kabusu davam etdi

"Qəbələ" "7"yə çatdı, "Simurq"un kabusu davam etdi
Bu gün Topaz Premyer Liqasında XXX turun oyunları keçiridlib. Fanat.az хəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
"İnter" "Bakı"nın qonağı olub. Cari mövsümdə bu komandaya qarşı keçirdiyi hər üç oyunda qələbə qazanan "bankirlər" ənənəni davam etdirib - 2:1. "İnter"in heyətində Sezar Meza Kolli 10-55-ci dəqiqələrdə dubl edib. 60-cı dəqiqədə Derlis Meza Kolli penaltidən yararlana bilməyib. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Premyer Liqanın bombardiri Nurlan Novruzov "Bakı"nın təsəlli qolunu vurub.
AZAL "Sumqayıt"ı qəbul edib. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 1:1. Hesabı 75-ci dəqiqədə Valeri Kutsenko açıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib.
Lider "Qarabağ" Zaqatalada "Simurq"la qarşılaşıb. 19-cu dəqiqədə hesabı açan Muarem Muarem 81-ci dəqiqədə dubl edib - 2:0. Beləliklə, "Qarabağ" bu mövsüm "Simurq"a qarşı keçirdiyi hər 4 oyunda qələbə qazanıb. Bu komandalar aprelin 13-də kubokun yarımfinal mərhələsində qarşılaşıb və "Qarabac" 1:0 hesablı qələbə qazanıb. Cavab matç ayın 21-də Zaqatalada keçiriləcək.
Tura "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulub. "Qəbələ" səfxər oyununda 3:1 hesablı qələbə qazanaraq ardıcıl 7-ci matçda meydanı 3 хalla tərk edib. Hesabı 25-ci dəqiqədə Aleksey Qay açıb. 44-cü dəqiqədə Nikolas Kanales bərabərliyi təmin edib. 50-ci dəqiqədə Cavid Hüseynov yenidən "Qəbələ"ni hesabda önə keçirib. 86-cı dəqiqədə isə Viktor Mendi oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Xəzər Lənkəran" bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXX tur
17 aprel 
Bakı - İnter 1:2
Qollar: Nurlan Novruzov, 90+3 - Sezar Meza Kolli, 9; 55.
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev (21. Elşad Manafov, 67), 10. Nurlan Novruzov (k), 11. Tural Qürbətov (85. Jaba, 46), 19. Eltun Hüseynov, 55. Aydın Mustafazadə (7. Nuran Qurbanov, 46), 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 15. Azad Kərimov, 45. Mahir Mədətov.
Baş məşqçi: İbrahim Uzunca.
İnter: 25. Səlahət Ağayev (k), 4. İvan Benites, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov (80. Nizami Hacıyev, 77), 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli (28. Baçana Tsxadadze, 59), 22. Əfran İsmayılov (24. Fuad Bayramov, 85), 23. Voyislav Stankoviç, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qolla nəticələnməyən penalti: Derlis Meza Kolli, 60.
Sarı vərəqələr: Nurlan Novruzov, 23 (qeyri-idman hərəkəti). Elton Hüseynov, 59 (qeyri-idman hərəkəti). Nuran Qurbanov, 63 (qeyri-idman hərəkəti) - Elvin Məmmədov, 71 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.
AZAL - Sumqayıt 1:1
Qol: Valeri Kutsenko, 75 - Məhəmməd Qurbanov, 90+1.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 8. Seymur Əsədov (5. Kərim Diniyev, 58), 9. Aydın Qasımov (10. Nicat Qurbanov, 63), 13. Şəhriyar Rəhimov (7. Təmkin Xəlilzadə, 90), 15. Oskar Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Ruslan Nəsirli, 22. Eltun Yaqublu, 24. Azər Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev (14. Məhəmməd Qurbanov, 80), 7. Ruslan Poladov (k) (76. Uğur Pamuk, 71), 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayəlov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 55. Məhərrəm Məhərrəmli, 6. Mikayıl Rəhimov, 10. Tərzin Cahangirov, 50. Aqil Güləhmədov, 56. Ruslan Sorokin.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Seymur Əsədov, 44 (qeyri-idman hərəkəti). Xuan Fransisko, 62 (qeyri-idman hərəkəti) - Cəmil Hacıyev, 64 (sistematik qayda pozuntusu).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
"AZAL Arena". 250 tamaşaçı.
Simurq - Qarabağ 0:2
Qollar: Muarem Muarem, 19; 81.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev (6. Samir Zərgərov, 46), 8. Patrik Osiako, 13. Ali Gökdemir, 15. Stepan Polyak (88. Marko Stanoyeviç, 65), 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Cihan Özkara (11. Draqan Çeran, 46).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banas, 10. Rəşad Eyyubov, 26. Benjamin Lambot.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (6. Hacı Əhmədov, 86), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (11. Danilo Dias, 88), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (7. Namiq Yusifov, 67).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: İlkin Qırtımov, 55 (bilərəkdən topa əllə oyun). Samir Zərgərov, 63 (hakim qərarına etiraz). Tural Axundov, 90+1 (qeyri-idman hərəkəti) - Ansi Aqolli, 51 (qeyri-idman hərəkəti). Riçard Almeyda, 58 (hakim qərarına etiraz). Maksim Medvedev, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər stadionu. 3500 tamaşaçı.
Neftçi - Qəbələ 1:3
Qollar: Nikolas Kanales, 44 - Aleksey Qay, 25. Cavid Hüseynov, 50. Viktor Mendi, 86.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 3. Denis Silva (16. Əziz Quliyev, 63), 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k) (17. Rəhman Hacıyev, 74), 21. Samir Məsimov (8. Elşən Abdullayev, 80), 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 15. Erik Ramos, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi (32. Mixail Sivakov, 89), 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin (6. Rəşad Sadiqov, 80), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 7. Ruslan Əmircanov, 16. Ruslan Tağızadə, 26. Pavol Farkaş.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Denis Silva, 54 (qeyri-idman hərəkəti). Kaue da Silva, 61 (qeyri-idman hərəkəti). Emin Mehdiyev, 71 (qeyri-idman hərəkəti) - Ürfan Abbasov, 54 (qeyri-idman hərəkəti). Elvin Camalov, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Fazil Mürşüdov.
"Bakcell Arena". 1500 tamaşaçı.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

27

18

6

3

44-22

60

2

İnter

26

13

11

2

42-13

50

3

Neftçi

27

13

7

7

33-23

46

4

Qəbələ

27

12

7

8

38-33

43

5

Simurq

27

10

5

12

35-30

35

6

AZAL

27

8

8

11

29-38

32

7

Xəzər Lənkəran

26

7

6

13

32-40

27

8

Sumqayıt

26

4

9

13

24-37

21

9

Bakı

27

2

7

18

17-58

13

 

Bombardirlər

Nurlan Novruzov (Bakı) - 13. Draqan Çeran (Simurq) - 12. Reynaldo Silva (Qarabağ), Məhəmməd Qurbanov (Sumqayıt), Cavid Hüseynov (Qəbələ), Nikolas Kanales (Neftçi)  - 9. Freddi Mombonqo (AZAL), Mikel Alvaro (İnter), Junior Nildo (İnter) - 8. 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər