"Roman Qriqorçukla müqaviləni 1 il artırdıq. Onun burada olduğu müddətdə kifayət qədər yaxşı nəticə göstərdik". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klub rəsmisi ukraynalı mütəxəssisin istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Hər xal itirdiyimiz oyundan sonra onun istefası gündəmə gəlir. Birdəfəlik bildirirəm ki, Qriqorçukun getməsi gündəmdə deyil. Nə vaxt görsək ki, komanda və futbolçularla arasında problem var, məşqinə məsuliyyətsiz yanaşır, nəticələrində kifayət qədər pisdi və istəyimizə çata bilmirik, o zaman bu barədə düşünmək olar. Komanda 4 oyuna 10 xal toplayıb. Razıyam, biz istərdik ki, ilk pillədə olaq, amma bu, futboldu. Qarşıda bir neçə tur var".
Fanat.az