"Qəbələ" qisasını alıb, rekord vurdu

"Qəbələ" qisasını alıb, rekord vurdu

"Qəbələ" qələbə seriyasını davam etdirir. Fanat.az хəbər veri ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Premyer Liqada ardıcıl 7-ci qələbəsini qazanıb.

"Qəbələ" sonuncu dəfə Premyer Liqanın XXII turunda doğma meydanda məhz "Neftçi"yə uduzmuşdu - 1:3. Ötən gün XXX tur çərçivəsində bu komandanı 3:1 hesabı ilə yenən "qırmızı-qaralar" həm həmin məğlubiyyətin qisasını alıb, həm də qələbə seriyasını 7-yə çatdırıb. Son dəfə fxevralın 15-də yenilən Roman Qriqorçukun komandası artıq 61 gündü məğlubiyyət üzü görmür.

"Qəbələ"bu müddətdə "Qarabağ"la "Simurq"u 1:0, "Xəzər Lənkəran"la "Neftçi"ni 3:1, "Sumqayıt"ı 2:0, "İnter"i 2:1, AZAL-ı 4:0 hesabı ilə yenib.

Ötən tur AZAL-ı yenən "qırmızı-qaralar" mövsümün rekorduna şərik olmuşdu. Belə ki, "Qəbələ"dən əvvəl "Qarabağ" ardıcıl 6 oyunda qələbə qazanmağı bacarmışdı. Roman Qriqorçukun yetirmələri 7-ci qələbəni qazanmaqla mövsümün rekorduna imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər