"Qəbələ" Qazaxıstandan kubokla dönür - FOTO

"Qəbələ" Qazaxıstandan kubokla dönür - FOTO
“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü - sonuncu oyununu keçirib. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” həlledici görüşdə Qırğızıstanın "Abdış-Ata" kollektivi ilə qarşılaşıb. 
İlk iki oyunda böyükhesablı qələbələr qazanan (“Kayrat” 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı "Qəbələ"yə qələbə qazandıran yeganə qola imza atıb. 
Bu nəticə ilə 3 oyunda maksimum - 9 xal qazanan təmsilçimiz turnirin qalibi adına sahib olub. Turnirdə ən çox - 5 qola imza atan Elvin İmanlı "ən sərrast futbolçu", qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə "ən yaxşı qapıçı" adına layiq görülüb və diplomla təltif edilib.
"Qəbələ" Qazaxıstandan kubokla dönür - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər