"Qəbələ" layiqli rəqibdi" - “Dnepr”in baş məşqçisi

"Qəbələ" layiqli rəqibdi" - “Dnepr”in baş məşqçisi
Ukraynanın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç yerli mətbuata müsahibə verib. O, Antalyada təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşlərində üz-üzə gələcəyi rəqiblərdən danışıb. Markeviç “Qəbələ”ni layiqli rəqib adlandırıb: 
"Antalyadakı rəqiblər heç də asan komandalar deyil. Yavaş-yavaş daha güclü klublara qarşı oynayacağıq. İndidən deyim ki, İsveçrənin “Sürix” və Azərbaycanın “Qəbələ” klubları güclü və layiqli rəqiblərdi". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər