"Qəbələ" kubok qazandı - FOTO/VİDEO

"Qəbələ" kubok qazandı - FOTO/VİDEO

AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirinə bu gün Bayıl stadionunda yekun vurulub. Fanat.az xəbər verir ki, III yer uğrunda oyunda “Bakı” və “Neftçi” qarşılaşıb. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.

Final oyunu “İnter” və “Qəbələ” arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Bakcell" şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və “İnter”in prezidenti Georgi Nikolov təqdim edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər