2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu rənglərinə bağlayıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyubovla güclənib. 24 yaşlı futbolçu “Sumqayıt”la 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olan Eyyubov Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.
Fanat.Az