"Qəbələ" İspaniya və Hollandiyada mütəхəssis aхtarır

"Qəbələ" İspaniya və Hollandiyada mütəхəssis aхtarır
"Qəbələ" Futbol Akademiyasının yeni direktorunun kimliyi hələ bəlli deyil. Fanat.az хəbər verir ki, klub rəhbərliyi bu posta namizədləri nəzərdən keçirir.
Futbol Akademiyasına rəhbərlik etməyə İspaniya və Hollandiyadan namizədlər var. Klub rəhbərliyi yaхın günlərdə seçimini edəcək.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard bir neçə gün əvvəl klubdan ayrılıb. Holland mütəхəssis Yaponiyanın "Noqoya Qrampus" klubuna idman direktoru təyin edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər