"Hər iki komandanı yaxşı oyuna görə təbrik edirəm. Biz qələbə qazanmağa yaxın idik. Amma bir qədər bəxtimiz gətirmədi. Qələbə qazanmağı çox istəyirdik. Lakin bunu rəqib komanda da istəyirdi və onlar da bu istəklərinə çata bilmədilər". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan (0:) sonra Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu deyib.
Rəqib çalışdırıcı artıq cavab oyunu barədə düşündüklərini bildirib: "Futbolçularımız qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Artıq cavab oyunu barədə düşünmək lazımdı. "Qəbələ"yə və Azərbaycana qonaqpərvərliyə, stadiondakı atmosferə görə təşəkkürümü bildirirəm. Biz də Yunanıstanda buna belə cavab verəcəyik".
Anastasiu bildirib ki, zədələnən Robin Lod onlarla birgə Afinaya qayıda bilməyəcək. Baş məşqçi 0:0 hesabıyla oyunçularının Lodu ayağa qaldırmağa kömək etmək istəyən "Qəbələ"nin futbolçusuna qarşı kobudluq etmələrinə də münasibət bildirib: "Bu, oyundu. Futbolda hər şey ola bilər. Futbolçularımız oyunçumuzun yerdə necə əziyyət çəkdiyini görürdülər. Çox güman ki, buna görə elə alındı. Amma oyun epizodu idi. Lodu artıq xəstəxanaya aparıblar və sabaha qədər orada qalacaq. Təəssüf ki, o, bizimlə qayıda bilməyəcək".
Fanat.az