Topaz Premyer Liqasında XXII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Tura "Sumqayıt" - AZAL oyunu ilə start verilib. Sumqayıtda baş tutan oyunda bütün cəhdlər nəticəsiz qalıb və matç 0:0 hesabı ilə başa çatıb.
Ardınca "İnter" "Bakı"nı qəbul edib. İlk dövrədə bu rəqib üzərində 7:0 hesablı qələbə qazanan "bankirlər" yenə darmadağına sevinib - 4:0. Hesabı 4-cü dəqiqədə penaltidən Baçana Tsxadadze açıb. 3 dəqiqə sonra Əfran İsmayılov fərqi artırıb. 39-cu dəqiqədə ikinci dəfə fərqlənən Əfran debüt oyununda dubla imza atıb. Son nöqtəni 52-ci dəqiqədə Junior Nildo qoyub.
Lider "Qarabağ" "Simurq"u qəbul edib. Son dövrlər yaхşı çıхış edən Zaqatala klubu daha güclü rəqibindən хal ala bilməyib. 21-ci dəqiqədə Reynaldo Silvanın qoluna sevinən "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Braziliyalı futbolçu ardıcıl ikinci turda komandasına qələbə qazandırıb.
"Qəbələ" isə "Neftçi"ni qəbul edib. Qış fasiləsindən sonra uğursuz çıхış edən bölgə klubu yenə məğlub olub. "Neftçi" səər oyununda 3:1 hesablı qələbə qazanıb. Hesabı 10-cu dəqiqədə Viktor Mendi açıb. 58-ci dəqiqədə Julius Vobay bərabərliyi təmin edib. 13 dəqiqə sonra Denis Silva fərqlənib. Son nöqtəni isə 87-ci dəqiqədə Flavinyo qoyub. Bununla da "Neftçi" ardıcıl ikinci tura qələbə qazanıb.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Xəzər Lənkəran" bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III tur, XXII tur
15 fevral
Sumqayıt - AZAL 0:0
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k) (17. Pərdis Fərcad-Azad, 68), 8. Budaq Nəsirov, 9. Orxan Əliyev (15. Nodar Məmmədov, 85), 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 11. Şahin Əliyev, 45. Murad Ağayev, 50. Aqil Güləhmədov.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 8. Seymur Əsədov (5. Kərim Diniyev, 75), 17. Viktor İbekoyi, 18. Orxan Lalayev, 20. Freddi Mombonqo (9. Aydın Qasımov, 85), 21. Novruz Məmmədov, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k) (7. Təmkin Xəlilzadə, 89).
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 15 (qeyri-idman hərəkəti). Məhəmməd Qurbanov, 74 (hakim qərarına etiraz). Pərdis Fərcad-Azad, 75 (hakimi aldatmağa cəhd) - Novruz Məmmədov, 45 (sistematik qayda pozuntusu). Seymur Əsədov, 50 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov.
"Kapital Bank Arena". 500 tamaşaçı.
İnter - Bakı 4:0
Qollar: Baçana Tsxadadze, 4-pen. Əfran İsmayılov, 7; 39. Junior Nildo, 52.
İnter: 25. Səlahət Ağayev (k), 10. Elvin Məmmədov, 12. Junior Nildo (82. Ruben Şaken, 70), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (11. Asif Məmmədov, 79), 23. Voyislav Stankoviç, 24. Fuad Bayramov, 28. Baçana Tsxadadze, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli (8. Mikel Alvaro, 81).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benitez, 17. Məhəmməd Mirzəbəyov, 18. Mənsur Nəhavəndi.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Bakı: 12. Elxan Əhmədov, 5. Georgios Pelagias (15. Azad Kərimov, 81), 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (77. Ramazan Abbasov, 46), 19. Eltun Hüseynov, 21. Elşad Manafov (7. Nuran Qurbanov, 60), 45. Mahir Mədətov, 56. Qeyrət Əliyev, 85. Jaba (k), 99. Kamil Nurəhmədov,
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 16. Rüstəm Rüstəmli, 53. Sənan Bayramzadə.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqələr: Fuad Bayramov, 45+1 (qeyri-idman hərəkəti) - Tural Qürbətov, 3 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"İnter Arena". 1000 tamaşaçı.
Qarabağ - Simurq 1:0
Qol: Reynaldo Silva, 21.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (24. Admir Teli, 87), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (77. Cavid Tağıyev, 63), 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov (17. Vüqar Nadirov, 63).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov (9. Mirzağa Hüseynpur, 65), 7. Elnur Abdullayev (22. Cihan Özkara, 58), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov,20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç (15. Stepan Polyak, 78).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 8. Patrik Osiako.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: Muarem Muarem, 20 (qeyri-idman hərəkəti) - Marko Stanoyeviç, 63 (sistematik qayda pozuntusu). Benjamin Lambot, 71 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Tofiq Bəhrəmov adına Respublika stadionu. 800 tamaşaçı.
Qəbələ - Neftçi 1:3
Qollar: Viktor Mendi, 10 - Julius Vobay, 58. Denis Silva, 71. Flavinyo, 87.
Qəbələ: 30. Anar Nəzirov, 4. Elvin Camalov (5. Sadiq Quliyev, 88), 9. Viktor Mendi, 10. Dodo (6. Rəşad Sadiqov, 81), 14. Cavid Hüseynov (18. Ruslan Fomin, 81), 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 55. Cavidan Quluzadə, 16. Ruslan Tağızadə, 26. Pavol Farkaş, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev (21. Samir Məsimov, 80), 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales (22. Rauf Əliyev, 81), 15. Erik Ramos, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov (18. Kaue da Silva, 83), 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 17. Rəhman Hacıyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Arif Əsədov.
Sarı vərəqələr: Viktor Mendi, 45 (hakimi aldatmağa cəhd) - Erik Ramos, 32 (hakim qərarına etiraz). Mirhüseyn Seyidov, 45+1 (qeyri-idman hərəkəti). Emin Mehdiyev, 87 (meydançaya icazəsiz daxil olduğu üçün). Julius Vobay, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 19 | 13 | 4 | 2 | 35-18 | 43 | |
| 2 | İnter | 19 | 9 | 9 | 1 | 32-8 | 36 | |
| 3 | Neftçi | 19 | 9 | 6 | 4 | 25-15 | 33 | |
| 4 | Simurq | 20 | 8 | 4 | 8 | 29-23 | 28 | |
| 5 | AZAL | 19 | 6 | 6 | 7 | 21-27 | 24 | |
| 6 | Qəbələ | 20 | 5 | 7 | 8 | 22-30 | 22 | |
| 7 | Xəzər Lənkəran | 19 | 5 | 5 | 9 | 23-26 | 20 | |
| 8 | Sumqayıt | 19 | 4 | 6 | 9 | 19-27 | 18 | |
| 9 | Bakı | 20 | 2 | 5 | 13 | 14-46 | 11 | |
|
Bombardirlər | Nurlan Novruzov (Bakı) -10. Draqan Çeran (Smurq) - 9. Mikel Alvaro (İnter) - 8. Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq), Junior Nildo (İnter) - 7. Cavid Hüseynov (Qəbələ) - 6. | |||||||
Fanat.az