"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində Yunanıstan "Panatinaikos"u ilə qarşılaşma üçün iştirak ərizəsini təqdim edib. Fanat.az xəbər verir ki, siyahıya daxil edilən futbolçular arasında həbs olunan Cavid Hüseynovun da adı var.
Siyahıda komandanın 20 üzvünün adı yer alıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 6-sı yarımmüdafiəçi, 4-ü isə hücumçudu.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunub və o, qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç.
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Yarımmüdafiəçilər: 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov.
Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov.
Fanat.az