"Qəbələ" braziliyalı futbolçu transfer edə bilər. Fanat.az xəbər verir ki, söhbət 1991 təvəllüdlü Emerson Brito dos Santosdan gedir.
O, komandanın Türkiyədəki toplanışının son iki günündə komandanın düşərgəsində olub. Sonra isə vətəninə yollanıb. Emersonun sənədləşmə işlərini həll etmək üçün vətəninə yollandığı deyilir.
Sinyo ləqəbli futbolçu karyerasına “Bahia” klubunun U-20 komandasında başlayıb. O, daha sonra "Seara" və "Quarani de Sobral" klublarının formasını geyinib. 2013-cü ildə "Palmeyras"a transfer olunan 24 yaşlı forvard əsasən B komandasında çıxış edib. Əsas heyətdə isə o, "Santos"la oyunda debüt edib. Onun son iş yeri "Amerika" klubu olub.
Fanat.az