"Qəbələ" bombardirsiz qaldı

"Qəbələ" bombardirsiz qaldı
"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirəcəyi ilk oyuna tam heyətlə çıxa bilməyəcək. 
Fanat.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk komandanın bombardiri Baqali Dabonun xidmətindən bu oyunda da yararlana bilməyəcək.
Fransalı hücumçu bir müddətdi zədəlidi. Bu üzdən də o, meydana çıxmağa hazır deyil. 
Qeyd edək ki, Baqali Dabo "Qəbələ"nin heyətində keçirdiyi 20 oyunda 10 qol vurub. Fransalı futbolçu 7 qolla Premyer Liqanın bombardirlər cədvəlinə başçılıq edir. Dabo sonuncu dəfət ötən ayın 24-də "Anderlext"lə oyunda meydana çıxıb.
Onu da bildirək ki, "Qəbələ" - AZAL matçı bu gün birincilərin meydanında keçiriləcək və saat 15.00-da start götürəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər