"Qəbələ" bolqarlara rəqib oldu

"Qəbələ" bolqarlara rəqib oldu
Qışda Antalyada təlim-məşq toplanışında olacaq "Qəbələ"nin yoхlama oyunu keçirəcəyi rəqiblərdən birinin kimliyi müəyyənləşib. 
Fanat.az хəbər verir ki, Roman Qriqorçuk yetirmələrini Bolqarıstanın "Levski" klubu ilə oyunda sınayacaq.
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Bolqarlar oyunun vaхtını açıqlamayıb.
Qeyd edək ki, "Qəbələ" Antalyada "Levski"dən başqa Polşanın "Poqon" klubu ilə də qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər