Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIV tur başa çatıb. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Kəpəz" "İnter"i qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. "İnter"in qoluna uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Ruslan Əmircanov vurub.
İkinci oyun günündə daha iki oyun keçirilib. Hər ik qarşılaşma "sülh"la yekunlaşıb. "Zirə" - "Xəzər Lənkəran" oyunu 0:0, AZAL - "Sumqayıt" matçı 1:1 hesabı ilə başa çatıb.
Üçüncü oyun günündə bir matç baş tutub. "Qarabağ" səfərdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib.
Tur bu gün baş tutan "Qəbələ" - "Rəvan" oyunu ilə yekunlaşıb. "Qırmızı-qaralar" avtoqol sayəsində qləbə qazanıb.
Əvəzedici heyətlər
2015/16 mövsümü
II dövrə, XIII tur
26 noyabr
Kəpəz - İnter 1:1
Qollar: Nicat Əliyev, 40 - Ruslan Əmircanov, 17.
27 noyabr
Zirə - Xəzər Lənkəran 0:0
AZAL - Sumqayıt 1:1
Qollar: Ruslan Nəsirli, 7 - Emil Həsənzadə, 34-pen.
28 noyabr
Neftçi - Qarabağ 1:3
Qollar: Mirabdulla Abbasov, 53 - Elmir Namazov, 22. Namiq Ələsgərov, 41. Məhəmməd Məhəmmədov, 79.
29 noybabr
Qəbələ” 1-0 “Rəvan”
Qol: Aydın Bayramov, 8 (avtoqol).
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 14 | 10 | 0 | 4 | 33-15 | 30 | |
| 2 | Neftçi | 14 | 8 | 2 | 4 | 37-21 | 26 | |
| 3 | Kəpəz | 14 | 7 | 3 | 4 | 18-15 | 24 | |
| 4 | Sumqayıt | 14 | 6 | 5 | 3 | 31-18 | 23 | |
| 5 | Qarabağ | 14 | 6 | 3 | 5 | 19-15 | 21 | |
| 6 | Rəvan | 14 | 6 | 1 | 7 | 21-20 | 19 | |
| 7 | Zirə | 14 | 5 | 3 | 6 | 15:26 | 18 | |
| 8 | İnter | 14 | 5 | 2 | 7 | 25-31 | 17 | |
| 9 | Xəzər Lənkəran | 14 | 4 | 1 | 9 | 18-35 | 13 | |
| 10 | AZAL | 14 | 2 | 2 | 10 | 14-36 | 8 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 10. Aqşin Qurbanlı (Neftçi), Emil Həsənzadə (Sumqayıt) - 7. | |||||||
Fanat.az