"Qəbələ" Avroliqanın finalçısına uduzdu

"Qəbələ" Avroliqanın finalçısına uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk yetirmələrini həmyerliləri ilə oyunda sınayıb.
Belə ki, "Qəbələ"nin rəqibi Ukraynanın "Dnepr" klubu olub. Oyun ukraynalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 39-cu dəqiqədə Edmar imza atıb.
Ukraynanın 3 ən titullu klubundan biri olan “Dnepr” Miron Markeviçin baş məşqçiliyi altında qış fasiləsinə 4-cü pillədə yollanıb. Ötən mövsüm ölkə çempionatında 3-cü olan Dnepropetrovsk klubu Avropa Liqasının finalınadək irəliləyib. Əsası 1918-ci ildə qoyulan komanda SSRİ dövründə 2 çempionluq, 1 kubok, 1 Superkubok sevinci yaşayıb. Bundan başqa, çempionatda 2 gümüş və 2 bürünc qazanan “Dnepr” 2 dəfə Federasiya kubokuna sahib çıxıb. Ukrayna çempionatlarında 2 gümüş və 6 bürünc əldə edən Dnepropetrovsk təmsilçisi kubokun finalında 3 dəfə çıxış edib. 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Antalyada iki oyun keçirib. Almaniyanın “Osnabruk” klubu ilə "sülh" bağlayan (1:1) "qırmızı-qaralar" İsveçrə “Sürix”ini darmadağın edib (4:0).
Antalya 
Yoxlama oyunu
24 yanvar
 
Qəbələ (Azərbaycan) - Dnepr (Ukrayna) 0:1
Qol: Edmar, 39.
Qəbələ: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Aleksey Antonov, Ermin Zets, Dodo.
Antalya. "Gloria Sport Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər