"Qəbələ" 8 əskiklə çalışdı

"Qəbələ" 8 əskiklə çalışdı

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub. Fanat.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri hazırlıq zamanı həm toplu, həm topsuz məşq edib. Komanda taktiki hazırlıq üzərində də çalışıb. 

Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər