"Qəbələ" 5 cavabsız qolla qalib gəldi

"Qəbələ" 5 cavabsız qolla qalib gəldi
“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” Almatı şəhərinin yığması ilə qarşılaşıb. 
İlk oyunda “Kayrat”ı böyükhesabla məğlub edən (4:1) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” bu qarşılaşmada da böyük hesabla qalib gəlib. 5 cavabsız qol vuran "Qəbələ"nin heyətində Elvin İmanlı het-trikə imza atıb. Digər qolları isə Cavidan Qasımlı və İlkin Abdullayev vurublar. 
İlk iki oyunda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” turnirdə son oyununu iyunun 8-də Qırğızıstanın “Abdış-Ata” komandasına qarşı keçirəcək. Bu matç saat 10.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər