Topaz Premyer Liqasında II dövrənin sonuncu - XVIII tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Tura "Sumqayıt" - "Rəvan" oyunu ilə start verilib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3. Hesabı 12-ci dəqiqədə meydan sahiblərindən Amil Yunanov açıb. "Rəvan" buna 27-ci dəqiqədə Şerif Sumanın qolu ilə cavab verib. 34-cü dəqiqədə dublunu rəsmiləşdirən Amil Yunanov komandasını yenidən hesabda önə keçirsə də, Ruslan Tağızadə bir dəqiqə sonra bərabərliyi təmin edib. 74-cü dəqiqədə Emin Mehdiyev meydandan qovulub və "Rəvan" penalti qazanıb. 11 metrlik cərimə zərbəsini Ramazan Abbasov dəqiq yerinə yetirib. "Sumqayıt"ın bərabərlik aхtarışı 90+5-ci dəqiqədə nəticə verib. Mikayıl Rəhimovun qolu matçın yekun nəticəsini müəyyənləşdirib. Bununla "Sumqayıt" məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb.
Günə "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulub. Avropa Liqasının qrup mərhələsində iştirak etmiş komandaların duelində yenə qailb müəyyənləşməyib. I turda 2:2 hesablı heç-heçəyə razılaşan komandaların bu dəfəki duelində iki qol vurulub - 1:1. Hesabı 4-cü dəqiqədə Ermin Zets açıb. 69-cu dəqiqədə Dodo penaltidən yararlana bilməyib. "Qarabağ" buna 79-cu dəqiqədə Əfran İsmayılovun qolu ilə cabav verib. Bununla da "Qarabağ" ardıcıl 3 turda heç-heçə oynayıb.
Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək. Bununla da Premyer Liqada qış fasiləsi başlayacaq.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XVIII tur
19 dekabr
Sumqayıt - Rəvan 3:3
Qollar: Amil Yunanov, 12; 34. Mikayıl Rəhimov, 90+3 - Şerif Suma, 27. Ruslan Tağızadə, 35. Ramazan Abbasov, 75-pen.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk (22. Tofiq Mikayılov, 46), 13. Murad Ağayev (8. Nuran Qurbanov, 71), 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov (9. Mirzağa Hüseynpur, 83), 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abbasov.
Rəvan: 32. Kostantin Maxnovski, 2. Ruslan Tağızadə, 4. Kənan Müslümov, 6. Vüqar Bəybalayev, 8. Məmməd Quliyev, 11. Şerif Suma, 13. Cəmşid Məhərrəmov, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov (15. Ceyhun Abdullayev, 90+3), 21. Novruz Məmmədov, 92. Yamin Ağakərimzadə.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 7. Elvin Həsənəliyev, 20. Kənan Manafov, 38. Zeki Sinan Akkoyun, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Emin Mehdiyev, 62 (qeyri-idman hərəkəti); 73 (qeyri-idman hərəkəti) - Ramazan Abbasov, 76 (oyunun bərpasını ləngitdiyinə görə). Yamin Ağakərimzadə, 77 (oyunun bərpasını ləngitdiyinə görə). Novruz Məmmədov, 83 (qeyri-idman hərəkəti). Kostantin Maxnovski, 88 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Emin Mehdiyev, 74.
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Kapital Bank Arena”. 500 tamaşaçı.
Qarabağ - Qəbələ 1:1
Qollar: Əfran İsmayılov, 79 - Ermin Zets, 4.
Qarabağ: 13. İbrahim Şehiç,5. Maksim Medvedev, 8. Migel Madera (70. Çumbinyo, 7), 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (22. Əfran İsmayılov, 72), 90. Samuel Armenteros (2. Qara Qarayev, 87), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 32. Elvin Yunuszadə, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets (9. Sergey Zenyov, 77), 10. Dodo (k) (32. Fakundo Pereyra, 84), 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
Qolla nəticələnməyən penalti: Dodo, 69.
Sarı vərəqə: Riçard Almeyda, 71 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 2100 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 18 | 11 | 5 | 2 | 28-12 | 38 | |
| 2 | Zirə | 17 | 7 | 8 | 2 | 16-12 | 29 | |
| 3 | Qəbələ | 18 | 7 | 7 | 4 | 24-13 | 28 | |
| 4 | İnter | 17 | 7 | 6 | 4 | 16-12 | 27 | |
| 5 | Kəpəz | 17 | 6 | 7 | 4 | 18-16 | 25 | |
| 6 | Neftçi | 17 | 6 | 5 | 6 | 18-17 | 23 | |
| 7 | AZAL | 17 | 5 | 4 | 8 | 10-17 | 19 | |
| 8 | Sumqayıt | 18 | 3 | 9 | 6 | 23-28 | 18 | |
| 9 | Xəzər Lənkəran | 17 | 3 | 3 | 11 | 10-22 | 12 | |
| 10 | Rəvan | 18 | 2 | 6 | 10 | 12-26 | 10 | |
| Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5. | |||||||
Fanat.az