"Qarabağ"la "Neftçi"nin oyunları canlı yayımda

"Qarabağ"la "Neftçi"nin oyunları canlı yayımda
Topaz Premyer Liqasının XXIX turunun iki qarşılaşması canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər iki matçı "İdman Azərbaycan" efirə verəcək.
Kanal aprelin 5-də saat 17.00-da başlayacaq AZAL - "Qarabağ" oyununu yayımlayacaq. Bir gün sonra isə "Neftçi" - "Bakı" matçı azarkeşlərə təqdim olunacaq. Bu qarşılaşmanın start fiti saat 15.30-da çalınacaq.
Qeyd edək ki, bu tur həmçinin "Rəvan" - "Sumqayıt" (4 aprel), "Xəzər Lənkəran" - "Qəbələ" (5 aprel) və "Simurq" - "İnter" (6 aprel) oyunları yayımlanacaq. Hələlik bu matçlardan heç biri proqrama salınmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər