"Qarabağ"la "Neftçi"nin futbolçuları cəzalandı

"Qarabağ"la "Neftçi"nin futbolçuları cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Sumqayıt"la matçın 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rahil Məmmədov, "Simurq"la oyunun 71 dəqiqəsində “Qarabağ”ın oyunçusu Elçin Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə olunub.
"Bakı" isə "İnter"lə oyunda 4  futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər